Millət vəkili Emin Hacıyev: “Hər birimizin ürəyi Qarabağda döyünür”

Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük zərbə vurulub, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib. Ordumuz öz ərazimizdə Vətənimizin bütövlüyü uğrunda mübarizə aparır və bu mübarizə son qarış torpağımız erməni işğalından azad olunanadək davam etdiriləcək. Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq. Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək yeni zəfər xəbərlərini gözləyir. Yaşından, sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs torpaqlarımızın azadlığı uğrunda döyüşə səfərbər olub. İndi hər birimizin ürəyi Qarabağda döyünür. Düşmən Azərbaycanın qüdrətli Ordusu, xalqımızın döyüş ruhu, tükənməz Vətən sevgisi qarşısında yenilməyə məhkumdur.

Belə bir vəziyyətdə, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəf alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur. Bütün bunlar Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərir. İşğalçı Ermənistan hərbi təcavüz nəticəsində “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası, həmçinin BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozur. Belə olan halda, dünya ictimaiyyəti, beynəlxlaq qurumlar müharibə cinayətləri törədən Ermənistanın bu qəddarlığına biganə qalmamalıdır. Cinayətkarlar BMT Nizamnaməsinə uyğun olaraq xüsusi beynəlxalq tribunalda cavab verməli, layiqli cəzalarını almalıdır.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır