Özbəkistandakı soydaşlarımız dünya birliyini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, MDB və YUNESKO kimi mötəbər beynəlxalq təşkilatlara müraciət edib. SİA-nın xəbərinə görə, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovun imzası ilə yayılan müraciətdə bildirilib ki, soydaşlarımız sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimini kobudcasına pozulmasına, Azərbaycanın mülki əhalisi arasında ağır tələfatlara gətirib çıxaran yeni hərbi təxribat törətməsinə kəskin etiraz edirlər: “Bu təxribat Ermənistanın birbaşa Azərbaycan torpaqlarında işğalçı siyasət apardığını sübut edir”.

Ermənistanın BMT-nin 4 qətnaməsinə indiyədək əməl etmədiyi, Tovuz təxribatı ilə Azərbaycanın yeni ərazilərini ələ keçirmək niyyəti güddüyü yada salınıb. Azərbaycan Ordusunun ermənilərin son təxribatına cavab olaraq əkc-hücuma keçdiyi, işğal altında olan bəzi ərazilərimizi azad etdiyi bildirilib.

“Prezident İlham Əliyevin dediyi kimi, uğurlu əks-hücum əməliyyatı işğala, otuz ilə yaxın müddətdir davam edən ədalətsizliyə son qoyacaq! Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşları Vətən həsrətilə yaşayırlar. Ermənistan rəhbərliyi tərəfindən öz əcdadlarının torpaqlarından zorakılıqla qovulmuş insanlar, baxmayaraq ki, evləri dağıdılıb, doğma ocaqlara qayıtmaq istəyirlər. Ağdam, Füzuli şəhərləri, işğal olunmuş ərazilərdəki məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar ən vəhşi üsullarla törədilib. Azərbaycanın mübarizəsi təkcə ərazi bütövlüyü uğrunda deyil, həm də ədalət naminədir”.

Qeyd edilib ki, dünyada, o cümlədən Özbəkistanda yaşayan azərbaycanlılar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, 1 milyondan artıq qaçqın və məcburi köçkünü evlərinə qaytarmaq, vətəndaşlarının dinc yaşamalarını təmin etmək səylərini, eləcə də həmvətənlərinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş hüquq və azadlıqlarının bərpasını tamamilə dəstəkləyirlər. “Dünya birliyindən xahiş edirik ki, Azərbaycan rəhbərliyinin hazırkı qərarlarına anlaşıqla yanaşılsın, Ermənistan rəhbərliyinin işğalçı qərarlarına təsir göstərsinlər, problemin sülh yolu ilə həllinin son dərəcə vacib olduğunu onlara anlatsınlar. Azərbaycanın işğal edilmiş əraziləri qeyd-şərtsiz azad olunmalıdır! Biz ərazilərimizin azad edilməsinə, qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə tezliklə qayıdacaqlarına, sülhün və sabitliyin bərpasına ümid edirik”, – deyə vurğulanıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır