Kanadalı soydaşlarımız BBC-yə etiraz ediblər

Azərbaycan-Kanada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) azərbaycanlı icması Qarabağ münaqişəsi haqqında BBC-də yayımlanan qərəzli süjetə və məqalələrə etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, BBC-yə ünvanlanan açıq məktubda deyilir ki, azərbaycanlı icması bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar barədə dezinformasiya səciyyəli süjetlərin və məqalələrin yayımlanmasından dərin narahatlıq keçirir. “Biz, xüsusilə 29 sentyabr 2020-ci il tarixli “Ermənistan deyir ki, onun uçuş aparatı Türkiyə tərəfindən vurulub” və 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan və Türkiyə Dağlıq Qarabağın erməni əhalisini məhv edəcək” başlıqlı məqalələrdən narahatıq. Hər bir halda BBC ermənilərin əsassız iddialarını sübutsuz olaraq dərc edib. Belə əsassız iddialar şəksiz olaraq azərbaycanlıların və türklərin beynəlxalq arenadakı nüfuzunun gözdən salınmasına və ictimai fikrin ədalətsizcəsinə yönəldilməsinə xidmət edir”.

Dezinformasiyaya yol verilməməsi naminə jurnalist versiyasının obyektiv olmasının vacibliyini xatırladan soydaşlarımız Britaniya KİV-inin yoxlanılmamış xəbərlər və sərlövhələr yaymasından təəssüfləndiklərini bildirərək yanlışlığın düzəldilməsinin vacibliyini vurğulayıblar: “Biz, kanadalılar, ümid edirik ki, BBC ictimai maraqdan başqa digər məqamı prioritet saymır. Biz inanırıq ki, nüfuzlu xəbər agentliyi olan BBC dərc olunmuş məqalələrdə əsassız informasiyaya yenidən baxmağa, qeyri-dəqiq informasiyanı dəqiqləşdirməyə və ictimai marağı üstün tutmağa hazırdır”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır