Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra… –

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib.

Publika.az xəbər verir ki, R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.

“23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, – deyə o bildirib.

Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (https://www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).

Azərbaycanın azərbaycanlı olan Reza Moridiyə dəstək verməsi lobbiçilik siyasəti baxımından əhəmiyyətli addımdır. Lakin Moridinin İrəvanda “erməni soyqırımı”nın qarşısında boyununu bükməsi “günah kimdədir” sualını ön plana çıxarır: Əsas günahkar təbii ki, Moridinin özüdür. Yəni azərbaycanlı qanına məxsus bir şəxsin rəsmi Bakının ciddi dəstəyinə rəğmən, ermənilərin önündə baş əyməsi onun ən yaxşı halda stabil əqidəyə sahib olmadığını göstərir.

Amma Azərbaycanın seçimində yanlış olduğu faktoru da unudulmamalıdır. Belə demək mümkünsə, “Kabalye sindromu” hələ də davam edir və lobbiçilik siyasətimizdə yanlış “ata oynayırıq”.

Asif

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır