Tbilisidə Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.

Heydər Əliyev adına parkdan başlayan yürüş Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında başa çatıb. Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və Azərbaycan silahlı qüvvələrinə dəstək şüarları səsləndiriblər.

Səfirliyin binası önündə aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti adından təşəkkür edib.

Böyük Vətən Müharibəsində Azərbaycan Ordusunun zəfər çalmaqda davam etdiyini bildirən diplomat deyib: “Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəkdir”.

O, soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.

Aksiya “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır