Bulvarda oyun meydançası pulludur? – AÇIQLAMA

Sosial şəbəkələrdə Dənizkənarı Milli Parkda vətəndaşların istirahəti üçün nəzərdə tutulan stadionun pullu olması barədə məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın ərazisində həndbol və basketbol oynamaq üçün nəzərdə tutulan meydançalara görə vətəndaşlardan pul tələb olunur.

Belə ki, Səbail rayonu, 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz parkda idman həvəskarları anlaşılmaz vəziyyətlə üzləşib. Parkda basketbol və həndbol meydançaları var.

Bunlardan istifadə, əslində, pulsuzdur, amma ərazinin baxıcıları axşam saatlarında meydançaları işıqlandırmaq üçün ödəniş tələb edirlər. Hər meydana görə 1 saat üçün 5 manat istəyirlər. Guya rəhbərlik onlara işığa qənaət etməyi tapşırıb, həmçinin sərf olunan işığın xərci ödənilməlidir.

Məlumata görə, axşam saatlarında idman meydançalarından birində işıq yanır, birində yox.

Qaranlıq yerdə pul verməyənlər, işıqlı yerdə pul verənlər oynayır.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı isə Trend-ə bildirib ki, adıçəkilən yer bulvar ərazisi deyil:

“Həmin park bulvara aid deyil, sözügedən ərazi yolun o biri tərəfində olan parka aiddir”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır