Azərbaycanlı oliqarxın oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb

Bir vaxtlar milyardların və fantasitk dəbdəbənin içərsində üzən azərbaycanlı oliqarx Telman İsmayılovla bağlı qalmaqallar bitmək bilmir. Virtualaz.org xəbər verir ki, ötən gün Moskvada Telman İsmayılova məxsus 12 obyektdə axtarışın aparılmasından və onun adının qardaşının sifariş etdiyi deyilən qətllərdə hallandırılmasından sonra bu dəfə biznesmenin oğlu ilə bağlı sensasion fakt üzə çıxıb. “360” telekanalı xəbər verir ki, Telman İsmayılovun oğlu Sərxan neçə ildir vətəndaş nigahında birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb, onlara sahib durmur.

Telekanalın reportajında deyilir ki, dörd il əvvələ qədər Yekatrina adlı bu qadın Sərxan İsmayılovun vətəndaş nigahında yaşadığı arvadlı və onun iki uşağının-qızının və oğlunun anası idi. Və qadın malikanədə, çoxsaylı qulluqçuların əhatəsində dəbdəbə içərisində yaşayırdı. 2015-ci ildə Telman İsmayılovun biznesi ilə bağlı problemləri başlayanda Sərxan Yektatrinaya malikanədən kiçik mənzilə köçməyi təklif edib. Daha sonra qadını ümumiyyətlə atıb və uşaqlarını oğurlayıb, onun razılığı olmadan aparıb və 4 ay sonra qaytarıb.

 

Hazırda gənc qadın iki uşağı ilə birlikdə Moskvaətrafında kilsənin nəzdindəki kiçik otağa sığınıb, kilsənin bufetində işləyir və ayda 250 dollar (15 min rubl) maaşla yarıac dolanır. Qadın deyir ki, təsadüfən İsmayılovlar ailəsinin mülklərindən bir neçəsini onun adına rəsmiləşdirdiklərini öyrənib. Belə ki, bir neçə mülk reyestrdə Yekatrinanın adına qeydiyyatdadır. Qadın bildirir ki, Sərxan İsmayılovdan heç bir kömək ummur, yeganə istəyi uşaqlarının gələcəyini geri qaytarmaqdır. Lap məhkəmə yolu ilə də olsa…

 

 

    NUH.az

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir