Bakıda avtobus sürücülərinin özbaşınalığı bitmir – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlərə kobudluq edib. Metronun Neftçilər stansiyasından Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətinə hərəkət edən 185 saylı avtobusun sürücüsü sərnişinləri həmin ünvana aparamayacağını bildirməsi nəticəsində mübahisə yaranıb.

Sürücü isə bu iddialarla razılaşmır. Avtobus sürücüsü sərnişinlərə kobud cavab verərək onları deyilən ünvana aparamayacığını bildirir.

Nəticədə də sürücü ilə sərnişinlər arasında mübahisə yaranır. Görünütləri isə elə sərnişinlərdən biri qeydə alaraq “Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Hadisə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində 185 saylı marşurt avtobusunda baş verib. Sərnişinlər sürücüyə bildirirlər ki, onları təyin olunan marşurt xətti üzrə aparsın. Ancaq, sürücü buna etiraz edərək xəttə çıxmayacağını bildirir.

Məsələ ilə bağlı 185 saylı marşurt avtobusunun sürücüsü Telman Məmmədovla görüşüb bunun səbəbini soruşduq. O iddia edir ki, həmin vaxt xəttə çıxmazdan əvvəl yanacaqdoldurma məntəqəsinə girib. Bu zaman isə 4 sərnişin avtobusa əyləşərək onları Pirşağı qəsəbəsinə aparmağını bildirib.

185 saylı marşurt avtobusunun sahibkarı Qurbanəli İsmayılov da bu məsələdə sürücünün günakar olmadığını və ona heç bir cəza verilməyəcəyini bildiridi. Ancaq görüntülərə diqqət etdikdə aydın bilinir ki,sürücü ilə sərnişinlər arasında yaranan mübahisə sürücünün idda elədiyi kimi yanacaqdoldurma mətəqəsində yox yolun hərəkət hissəsinin kənarında baş verib. (Xəzər TV)

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir