Millət vəkili Emin Hacıyevin seçicilərlə onlayn görüşü keçirilib

Sumqayıt şəhər 43 saylı 3-cü seçki dairəsindən millət vəkili seçilən Emin Hacıyevin seçicilərlə onlayn görüşü keçirilib. Görüşdə seçki dairəsinə daxil olan hər bir mikrorayon və məhəllədən sakinlər iştirak edib. Onlayn qəbul zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilərin məşğulluq, sosial və tibbi yardım, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. Emin Hacıyev onlayn görüş zamanı seçicilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyasının ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı görülən işlər, həyata keçirilən sosial-iqtisadi dəstək tədbirləri haqqında məlumat verib. Həmçinin koronavirus infeksiyasından qorunmaq üçün karantin rejiminin qaydalarına, qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması prinsiplərinə ciddi əməl etməyin vacibliyini vurğulayıb. Millət vəkili hər bir seçicinin müraciətinə həssas yanaşıldığını qeyd edərək, qaldırılan problemlərin həlli üçün bütün mümkün addımların atılacağını, karantin rejimində vətəndaşlarla onlayn görüşlərin davam etdiriləcəyini bildirib. Seçicilərin maraqla qarşıladığı görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır