Kolumbiyada Abşeron və Naxçıvan adlı şəhərciklər salınır (FOTO)

Kolumbiyada Naxçıvan və Abşeron adlı evlər kompleksi reallaşdırılır.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. Qeyd olunub ki, layihəni həyata keçirən şəxs uzun illərdir orada yaşayan həmyerlilərimizdən biridir.

Diasporla İş üzrə Dövlət Komitəsinin son illər həyata keçirdiyi siyasətin ən mühüm məqamlarından biri dünyada yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması və onların cəmiyyətimizə təqdim olunmasıdır. Həmin şəxslərdən biri də, hazırda Kolumbiyada yaşayan, oradakı “Azercol” tikinti şirkətinin qurucusu olan həmyerlimiz Şəhriyar Həsənlidir. Artıq 7 ildir, Kolumbiyada yaşayan həmyerlimiz bu ölkədə təhsil alıb. O, Azərbaycanın regionlarının adlarını daşıyan layihələr həyata keçirir. Ş.Həsənli hazırda Kolumbiyada Naxçıvan və Abşeron adlı evlər kompleksi layihəsini reallaşdırır”.

Komitədən əlavə olunub ki, “Azercol” şirkəti Azərbaycanın məkan və şəhər adlarını Latın Amerikasına gətirmiş ilk şirkətdir.
Ş.Həsənli öz fəaliyyəti və ailəsi ilə bağlı müsahibə verib. Müsahibə bu günlərdə Diaspor TV-də yayımlanacaq.

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır