AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev həbs edilib.
APA-nın məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ.Əliyev və R.Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.
Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.
Xatırladaq ki, həbs olunan şəxslər avqustun 18-də ölkədəki karantin qaydalarını pozaraq, övladlarına toy ediblər.



—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP







