“Milli qəhrəmanımız Nuri Paşa barədə bilgi verilməlidir” – Deputat

Millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsi gününü şərh edib. Parlament üzvünün fikirlərini təqdim edirik:

 

“Bu gün Nuri Paşanın komutanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür. Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər, bu gün Bakının məhz bir Azərbaycan şəhəri kimi qalmasını təmin ediblər”.

 

 

Millət vəkili əlavə edib ki, ordu əsgərləri mart  qırğınının qisasını layiqincə düşməndən alıblar:

 

“Mart qırğınının qisasını layiqincə düşməndən alıblar. Sonra da bu şəhəri ciblərinə qoyub aparmayıblar, dərhal paytaxta çevirmək üçün yeni yaranmış Azərbaycan Miĺli hökumətinə təhvil veriblər. Maraqlıdır ki, gələn il bu vaxt Bakının işğaldan azad olunmasının 100 illik tarixi yubileyidir. Təbii ki, tariximizdə olub-keçmiş ən şərəfli zəfər günü olmasına rağmən rəsmi bayram kimi layiqincə bu il də qeyd olunmayacaq, ola bilsin ki, 100 illik yubileyində də göyə görüntü üçün 5-6 fişəng buraxılacaq, bunlara düşüncəmizi yönəltmək də vacib deyil. Əsas olan millətin yaddaşıdır”.

 

 

F.Fəzənfəroğlu hər kəsin o anlara rəğbət və sayqı göstərməsini istəyib:

 

“Hər kəs Azərbaycanı, Bakını xilas etmiş Türk əsgərinin ruhuna dualarını əsirgəməsin, müəllim orta məktəbin, kollecin, universitetin auditoriyasında iki dəqiqə də olsa bu şərəfli günümüz barədə, milli qəhrəmanımız Nuri Paşa barədə övladlarımıza bilgi versin, imkanı çatanlar Şəhidlər Xiyabanında Qəhrəman türk əsgərinin abidə-məzarlığını ziyarət etsin! Qoy Allah, bizləri xilas etmiş bu şəhid qəhrəmanların ruhu qarşısında millət olaraq, ayrıca Azərbaycan vətəndaşı olaraq duyarsız davranışlmıza görə günahımızı bağışlasın”.

 

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır