Bu gecə Bakı yaxınlığında Qarabağ yürüşü keçirildi – VİDEO

Bu gün gecə saatlarında Bakının Qaradağ rayonunda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. 

Aksiyada “Qarabağ” şüarları səsləndirilib. Yürüş iştirakçıları ermənilərin Tovuz istiqamətində mövqelərimizə qarşı hücumun qarşısını alan  hərbçilərimizin həlak olmasından hiddətləndiklərini, cəbhə bölgəsinə getmək, düşmənə qarşı vuruşmaq istəyində olduqlarını bildiriblər. Çoxlu sayda yürüşə qatılanların olduğu yerə, hər hansı bir təxribatın qarşısının alınması məqsədilə Çevik Polis Alayı cəlb olunub. Polislər yürüşün qarşısını alaraq,vətəndaşları dağılışmağa çağırıblar. Daha sonra Qaradağ Rayon icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları səbirli,təmkinli olmağa çağırıb. İcra başçısı yürüş iştirakçılarına: “Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, – deyə müraciət edib. Süleyman Mikayılov polisə aksiyaçıları saxlamamaq göstərişini verərək ərazini tərk edib.

Bundan sonra aksiyaçılar ərazini tərk etməyə başlayıblar.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hücumun qarşısı alınarkən, çavuş Vüqar Lətifov, baş əsgər Elşad Məmmədov, eləcə də, daha sonra, yaralanmış əsgər Xəyyam Daşdəmirov həlak olublar.

 

https://youtu.be/yrXQ8ReDkEA?fbclid=IwAR06Ij3akj5SU8O3m62Y4XDdDxrM9Hz_Kz2h-koTMMd9cYU-X1Rbkm_a7NA

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır