Həmvətənimiz Qazaxıstanın “Ən yaxşı jurnalist” mükafatına layiq görülüb

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) “Ən yaxşı jurnalist” nişanı ilə təltif edib.

Qeyd edək ki, jurnalistin rəhbərlik etdiyi “Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də, digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun himayəsi ilə nəşr olunan “Ahıska” qəzeti bu il 20 illik yubileyini qeyd edir. Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, burada yaşayan Ahıska türkləri və digər milli azlıqlarla, eləcə də buradakı etnik azərbaycanlılar və Azərbaycan diasporu ilə bağlı xəbərləri işıqlandıran qəzet bir neçə il öncə TÜRKSOY təşkilatının “Türk Dünyasına Xidmət” mükafatına da layiq görülüb.

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda “Axtarış” və “Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır