Soydaşlarımızın taleyi diqqət mərkəzindədir: Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi karantin rejiminə uyğun işləyir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün elan edilmiş karantin dövründə (31 mart – 20 aprel) xüsusi iş rejimi tətbiq edilib. Nazirlər Kabinetinin Qərarına edilən əlavələrdə dövlət orqanlarının rəhbər şəxsləri, struktur rəhbərləri və zəruri hallarda işə cəlb olunan əməkdaşlarının fəaliyyəti barədə müvafiq məlumatlar var.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də bu Qərara uyğun qurulub. Bununla əlaqədar olaraq, Komitənin mərkəzi aparatında məsul şəxslərin və işçilərin növbəlilik rejimi əsasında iş qrafiki tətbiq edilib.

Martın 30-dan etibarən Dövlət Komitəsində, onun bütün şöbələrində iş uzaqdan – video konfrans rejimində təşkil edilir. Sosial təcridetmə və karantin rejimi ilə əlaqədar işə gəlməyən Komitə işçiləri, müvafiq olaraq, evdən – uzaqdan işlərini qurublar.

Ümumiyyətlə, ölkəmizdə koronavirus infeksiyasından sosial təcrid tədbirlərinin ilk günlərindən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsi media və sosial şəbəkələrdən istifadə etməklə aktiv şəkildə fəaliyyət göstərir. Vaxtaşırı dünyadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə video-konfranslar təşkil olunur.

Komitə rəhbərliyi, ərazilərində koronavirus ilə yoluxma hallarının daha çox olduğu riskli ölkələrdə olan Azərbaycan diaspor nümayəndələrinin problemlərinə diqqət yetirir. Komitə sədri Fuad Muradovun göstərişi ilə şöbə əməkdaşları hər gün müxtəlif ölkələrdəki diaspor təşkilatlarının rəhbərləri ilə əlaqə saxlayır və soydaşlarımız haqqında məlumat alırlar. Diaspor təşkilatları vasitəsilə həmvətənlərimizə, ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin virus təhlükəsi fonunda karantin rejiminə riayət edilməsinin vacibliyi barədə tövsiyyə və məsləhətləri çatdırılır.

“Vətənimizdən kənarda yaşayan soydaşlarımızın taleyi ölkə rəhbərliyini narahat edir. Azərbaycan vətəndaşları hökumət nümayəndələrimizin səyləri ilə bu pandemiyadan etibarlı şəkildə müdafiə olunur. Hökumət vətəndaşlarımızın bu təhlükəli virusdan əziyyət çəkməmələri üçün əlindən gələni edir. Xaricdə yaşayan soydaşlarımız bu təhlükəni ciddi qəbul etməli və yaşadıqları ölkələrin mövcud norma və qaydalarına əməl etməlidirlər. Hər bir azərbaycanlının həyatı harada yaşamasından və işləməsindən asılı olmayaraq bizim üçün əzizdir ” deyə Komitədən bildiriblər.

Xatırladaq ki, Novruz bayramından sonra Azərbaycanda elan edilmiş karantin rejimi rəsmi olaraq aprelin 20-dək uzadılıb və bu təhlükəli epidemiyanın öhdəsindən gəlmək məqsədilə ölkənin bütün ehtiyatları koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün səfərbər edilib. 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında deyilir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir