Qurban Qurbanov : “Qarabağın çox hissəsi erməni daşnaklarının əlindədir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Çelsi”yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib. Britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.

– Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında hədəfiniz nədi?

– Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.

– 2008-ci ildən “Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdınız…

– Dəyərli suala görə çox sağ olun. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.

– “Qarabağ”ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?

– Bu, bizim üçün böyük uğurdu. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.

– “Qarabağ” azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

– Yəqin ki, bu komandanın tarixini bilirlər, “Qarabağ” adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdi. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram. Apasport.az

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir