Qənirə Paşayeva da koronavirusla mücadiləyə qoşuldu: 3 deputat fonda pul köçürəcək…

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.Prezidentin fərmanı elan olunar-olunmaz BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az vasitəsilə bu təşəbbüsə ilk qoşulanlardan olub və yeni yaradılan fondun bank hesabına müəyyən miqdar pul ödəyəcəyini bildirib.

Qüdrət Həsənquliyevin deputat həmkarı Azər Kərimli də Moderator.az-a açıqlamasında prezidentin bu qərarını alqışladığını və deputat həmkarının təşəbbüsünə qoşulduğunu bildirib:

Təbii ki, mən də bu fondun yaradılması ilə bağlı cənab prezidentin qərarını alqışlayıram və Qüdrət müəllimin bu təşəbbüsünə böyük məmnuniyyətlə qoşuluram. Bank hesabları bəlli olan kimi öz əmək haqqımdan müəyyən miqdarda ödəyəcəm”.

Qeyd edək ki, prezidentin bu fərmanından irəli gələn təşəbbüslərə Moderator.az geniş yer ayırdı və millət vəkillərinin bu təşəbbüslərini cəmiyyətə çatdırmağı özünün mənəvi borcu hesab etdi.

Bu arada daha bir millət vəkili, parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva da Moderator.az-la əlaqə saxlayaraq cənab prezidentin bu fərmanını alqışladığını bildirdi və bu təşəbbüsə qoşulmağı özünün vətəndaşlıq borcu hesab etdiyini vurğuladı:

“Ölkə başçısının vaxtında verilmiş, hər bir vətəndaşın sağlamlığına və təhlükəsizliyinə hessablanmış bu gözəl addımı dəstəkləyir, alqışlayıram və deputat həmkarlarımın bu təşəbbüsünə də qoşulduğumu bildirirəm. Bu günlər hamımız ayaqda olmalyıq və cənab prezidentimizin qeyd etdiyi kimi bir yumruq kimi birləşərək üzləşdiyimiz bu bəlaya qarşı ümumilli mücadilə verməliyik. Mən də əmək haqqqımın böyük hissssəsini həmin fonda köçürəcəm və hamını bu taleyüklü dönəmdə dövlətimizin, prezidentimizin yanında olmağa çağırıram”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır