Berlində Beynəlxalq Qadınlar Günü münasibətilə konsert təşkil olunub

Almaniyanın paytaxtı Berlin şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə gerçəkləşdirilmiş tədbiri giriş sözü ilə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov açıb. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı, DİDK-nın bütün dünyada həyata keçirdiyi maraqlı layihələr, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, idmanı və turizm potensialı barədə ərtaflı məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğuna diqqət cəlb edilib.

Konsertdə Almaniyada yaşayan, bu ölkənin “The Voice” (“Səs”) müsabiqəsində ifası ilə yerli tamaşaçıları heyran edən Seyran İsmayılxanov Azərbaycan mahnılarını ifa edib. Konsert zamanı Azərbaycan mahnılarının sözləri Mirijam Vanneste-vratz tərəfindən alman dilinə tərcümə olunub. Bu, tamaşaçıların böyük marağına səbəb olub. Musiqili gecədə həmçinin Köln şəhərində fəaliyyət göstərən Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış ediblər.

Almaniyada fəaliyyət göstərən “Spirit of Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən təşkilati dəstəyə görə minnətdarlığını bildirib. O, əlavə edib ki, sözügedən tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq.MediaZona.Az

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır