20 Yanvar şəhidlərinin xatirəsi Budapeştdə də anılıb

 

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfir Vilayət Quliyev Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gündən 30 il keçdiyini və xalqımızın şəhidlərimizi ehtiramla yad etdiyini söyləyib. O,ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışıb. Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pislədiyini, dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdığını, bu qanunsuz əməllərə siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Diplomat yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə 1994-cü ilin martında Milli Məclisin iclasında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarın qəbul edilməsi ilə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Səfir tarixboyu Azərbaycan xalqının üzləşdiyi faciələr və Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün xaricdə yaşayan Azərbaycan diasporunu, xüsusilə də gənclərimizi daha fəal olmağa çağırıb.

Sonra “Qardaşlıq” Macar-Azəri Birgə cəmiyyətinin sədri Ramiz Əmirli çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, harada yaşamasından asılı olmayaraq, Vətənini və xalqını sevən hər bir azərbaycanlının şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad etməsinin mənəvi borcu olduğunu söyləyib.

Daha sonra macar ictimaiyyətinin nümayəndəsi Akoş Barakşo çıxış edərək 1956-cı ildə Macarıstanda sovet ordusunun törətdiyi qanlı hadisələr barədə danışıb və 20 Yanvar faciəsi ilə müqayisələr aparıb. Dost macar xalqının Azərbaycanın öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizəni yüksək qiymətləndirdiyini deyən natiq bu kədərli gündə Azərbaycan xalqının yanında olduğunu qeyd edib.

Həmçinin tədbirdə iştirak edən azərbaycanlı tələbələr də söz alaraq 20 Yanvar hadisələri ilə bağlı valideynlərindən eşitdikləri xatirələri bölüşüblər.

Tədbirin bədii hissəsində Macarıstanda təhsil alan azərbaycanlı gənclər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib və musiqilər ifa ediblər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır