“Təmrin” dərgisinin növbəti xüsusi nömrəsi Bəxtiyar Vahabzadəyə həsr edilib

Nüfuzlu türk nəşri  “Təmrin” dərgisi,  2020-ci il ilk nömrəsini bütün türkdilli poeziyanın ustadı, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edib.

Dərginin baş yazarı Hasan Parlakın “baş redaktor”dan giriş yazısı ilə açılan jurnalda, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin türkiyəli oxucunu “salamlama mətni” yerləşdirilib. Sonra isə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın (“Bəxtiyarlıq”) , Millət vəkili Cavanşir Feyziyevin (“Türk dünyasının sönməyən ulduzu”) , akademik Nizami Cəfərovun (“Millet şairi Bəxtiyar Vahabzadə”), akademik İsa Həbibbəylinin (“Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”), “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın (“Bəxtiyar Vahabzadə ilə bağlı oxunmamış səhifələrdən parçalar”), professor Cavanşir Yusiflinin ( “Bir şeirin dedikləri və eşqə dair”), filologiya elmləri doktoru Elnarə Akimovanın (“Bəxtiyaram mən”) yazıları, habelə şairin öz dilindən danışılan “Həyatım və sənətim” xatiratının parçaları, Şəkidəki ev-muzeyindən kiçik fotoreportaj diqqəti çəkir.

Dərgidəki bütün materialların Türkiyə türkcəsinə tərcüməçisi, yazıçı Ömər Mehmetoğlunun “Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə” məqaləsi də var. Bundan əlavə Azərbaycanın və Türkiyənin, eləcə də bütün türk dünyasının dövlət adamlarının – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəlin, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamlarının – Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yavuz Akpınar, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülən Bakilər, İmamverdi Əbilovun qısa fikirləri də dərgidə xüsusi bölümlərdə təqdim edilib.

Bəxtiyar Vahabzadənin oxucular arasında dillər əzbəri olar şeirləri “Ana dili”, “Axı dünya fırlanır”, “Vətən marşı”, “Bir sirdaş istəyirəm”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər”, “Mən türkəm” və digər şeirləri də dərgidə xüsusi yer alıb.

Qeyd edək ki, dərgi millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində seçilib və tərcümə edilib. Layihənin rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır