Həştərxanın qubernatoru Nərimanovda olub

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti 12 dekabr 2019-cu il tarixində ölkəmizə işgüzar səfərə gəlib.

Nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olub, icra başçısı Abdin Fərzəliyevlə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurubdur.

Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə inşa edilmiş, 2018-ci ilin  may ayında açılışı olmuş, Azərbaycanda  istehsal olnan məhsulların Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına, eləcə də iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verən Azərbaycan İş Mərkəzinin fəaliyyəti barədə də danışılıb. Görüş zamanı həmçinin eyni layihənin – Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşasında gedən tamamlanma işləri ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.

Abdin Fərzəliyev Azərbaycanla Rusiya, o cümlədən Həştərxan vilayəti  arasındakı dostluq münasibətlərinin bundan sonra da yüksələn templə inkişaf edəcəyini vurğulayıb.

Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru cənab İqor Babuşkin qəbula və xoş sözlərə görə, eləcə də  nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkəmizə səfərinin onlarda dərin təəssürat yaratdığını deyib. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən İqor Babuşkin mövcud dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır