”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi layihəsini yekunlaşdırdı

”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə maraqlı layihə icra etdi.”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsi 3 ay icra olundu. Layihənin məqsədi həssas qruplara psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət etmək idi.

Onların cəmiyyətə adaptasiya olunaraq gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkilinə həsr olundu. Layihə çərçivəsində İsmayıllı, Şamaxı rayonları,Bakı şəhəri və ətrafında olan tarixi yerlərə səyahətlər təşkil olunmağı nəzərdə tutulmuşdu. İctimai birlik layihə çərçivəsində həssas qrupları İsmayıllı rayonunun tarixi yerlərinə səyahətdən sonra Şamaxı rayonuna tur təşkil edib.

Növbəti turda isə həssas qruplar Bakı şəhəri və onun ətrafında olan tarixi yerlərə səyahət etdilər. Onlar Suraxanı rayonunda yerləşən Atəşgah məbədində ,İçərişəhərdə və Şirvanşahlar sarayında oldular. SLayihə KİV nümayəndələrinin iştrakı ilə həyata keçirildi.

”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır