Qurban Qurbanov: “İlk növbədə futbolçularımı təbrik edirəm”

“İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləri təbrik edirəm.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”a 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis ilk hissədə baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: “Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ın məşqçisiyəm. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik”.

Q.Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem ola bilərdi: “Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram”.

Baş məşqçi klub rəhbərliyinin UEFA-ya müraciət edəcəklərini bildirib: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini də əlavə edib.

Q.Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşacaqlarını vurğulayıb: “İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti “Sevilya”dır. Qalan 3 komanda isə onaltıdabir finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır