İcra başçısı Əziz Əzizov səyyar qəbul keçirdi – FOTOLAR

Ötən gün Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov rayon sakinləri ilə  səyyar qəbul keçirdi.
İcra başçısı Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan sosial islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin, eləcə də əsaslı sosial infrastruktur layihələrin sürətlə davam etdirilyini bildirdi.
Ə.Əziziov uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının söküləcəyini nəzərə çatdırdı.  Əvəzində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Rayonun C.Cabbarlı, F.İbrahimbəyov, S.Salayev və İ.Əbilov küçələrinin bir hissəsində qəzalı vəziyyətdə olan evlərin yerində “Pilot layihə” çərçivəsində yeni, müasir binaların inşa ediləcəyi haqqında sakinləri məlumatlandırdı.

Layihə çərçivəsində həmin evlərdə yaşayan sakinlərin müvəqqəti olaraq başqa mənzillərə köçürüləcəyini, onlara kirayə qalacaqları mənzillərə görə, kirayə haqlarının ödənəcəyini söylədi. Yeni yaşayış binaları inşa olunduqdan sonra, sakinlərin mənzilinin ümumi sahəsindən əlavə 20 faiz artıq sahə və təmir olunmuş mənzillərlə təmin ediləcəyini bildirdi.

İcra başçısı çıxışının sonunda bildirdi ki, ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığına əsasən həyata keçirilən “Pilot layihə” dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər etdilər. O, sakinləri maraqlandıran məsələlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət strukturlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır