Ölkədə İctimai yayım mövcud deyil – Ekspert İTV haqda

Tanınmış media eksperti Ələsgər Əhmədoğlu İctimai Televiziyanın yaranmasının ildönümü ilə əlaqədar bu televiziyanın fəaliyyətini təhlil edib.

MediaZona.Az onun fikirlərini olduğu kimi təqdim edir:

“Bu gün İTV-nin fəaliyyətə başladığının 14-cü ili tamam olur. 14 il öncə bu teleradio yaradılanda həm cəmiyyətdən, həm beynəlxalq qurumlardan böyük gözlənti vardı ki, ölkədə əsl ictimai yayım formalaşacaq. İctimai yayımın fəlsəfəsi hökumətin yox, cəmiyyətin yayımı olmasında idi…

Başlanğıcda müəyyən cəhdlər oldu və hətta bu istiqamətdə özünü sübut etmə addımları da müşahidə olundu. Sonradan bütün ümidlər öldü. Xüsusilə Cəmil Quliyevin sələfi İsmyıl Ömərovun İctimai Yayımın Direktorluğu kürsüsünə oturması ilə İTV hətta ən çox tənqid edilən AZ TV-nin də gerisinə düşdü. Cəmil Quliyev öz yerini Balakişi Qasımova tərk etməsi görüntünü dəyişmədi. Bütün ümidlər ölüb. Ölkədə İctimai yayım mövcud deyil. Eyni adda yayım mövcud olsa da ictimai yayım mahiyyətində teleradio yoxdur.

Bəs bu dövrdə bizim itirdiyimiz sadəcə ümidlərimizmi olub? Təəssüf ki, itkilər həm də maddi olub. İctimai Yayımın yaradılmasından bu günədək dövlət büdcəsindən tam 204,5 milyon ABŞ dolları (yəni bu günün kursu ilə 347 milyon 813 min manat) vəsait əridilib.

Bəli, bu 347,8 milyon manat cəmiyyətin büdcəsindən məqsədinə uyğun xərclənməmiş vəsaitdir. Çünki, bu yayım hökumətə yox, cəmiyyətin bütün təbəqələrinə xidmət etməli idi.

Bu 347,8 milyon manatın 136,7 milyon manatı İsmayıl Ömərovun 8 illik dönəmində, 164,8 milyon manatı Cəmil Quliyevin 5 illik dönəmində, 24,65 milyon manatı isə, Balakişi Qasımovun dönəmində xərclənib”.

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır