Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumu keçiriləcək

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) 12 oktyabr 2019-cu ildə Moskva şəhərində İkinci Forumu keçiriləcək.  «Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri» adlı İkinci Forumda iştirak etmək üçün artıq qeydiyyat başlayıb. Tədbirdə  aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

– Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili
– Rusiyadakı Azərbaycan diasporu və Rusiya – Azərbaycan əlaqələri
– Azərbaycan diasporu dövlətlərarası münasibətlərdə amil kimi
– Azərbaycan diasporunun Azərbaycan dövlətilə əməkdaşlığı
– Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə ekspert rəyi
– Yerlərdəki Azərbaycan diaspor təşkilatlarının yerli idarəetmə orqanları ilə qarşılıqlı əməkdaşlığı
– KİV in və sosial medianın azərbaycan diasporunun müasir əlaqə mühitindəki rolu
– Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan diasporunun diqqət mərkəzində
– Lobbizm və diaspora
– RAİ nin 2020 ci il üçün iş planı

Forumun əsas məqsədi ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Rusiyadakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti instiutlarının iştirakını təmin etməkdir.

Forumda Rusiyanın və Azərbaycanın dövlət rəsmiləri, MDB, Avropa və Yaxın Şərq ölkələrinin elm və yaradıcı adamları, Rusiyadakı diaspor təşkilatlarının rəhbər üzvlərinin iştirakı gözlənilir.

Tədbir bitdikdən sonra,  «Prezident Otel»in kino-konsert zalında Azərbaycanın müstəqillik gününün 28-ci ildönümünə həsr edilmiş konsert təşkil ediləcək.

Tədbirin təşkilatçıları Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondudur. MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır