Mərdəkanda DƏHŞƏTLİ QƏZA: 1 körpə öldü, 10 yaralı var

Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn “VAZ-2104” markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən “Daewoo” da “VAZ-2106”-ya çırpılıb. Nəticədə “VAZ- 2106”-da olan bir yaşlı körpə ölüb. Qəza zamanı, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.

Yaralıların siyahısı :

Behbudova Lalə Alı qızı – 28 yaş

Əliyev Rac Fikrət oğlu – 38 yaş

Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş

Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş

Şövqətov Əllədin Hüseynqulu oğlu – 65 yaş

Şövqətova Əminə Zöhrab qızı – 34 yaş

Şövqətov Zaur Əllədin oğlu – 35 yaş

Əliyeva Nəzrin Rac qızı – 11 yaş

Hacıyev Yusif Anar oğlu – 5 yaş

Hacıyev Adəm Bəhrəm oğlu – 3 yaş

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır