“Vətən uzaqda deyil” Breyn Rinq intellektual yarışı keçirilib

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin peşə bayramı münasibəti ilə “Vətən Uzaqda Deyil” adlı Breyn Rinq İntellektual yarışı təşkil edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli iştirakçıları salamlayaraq torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan insanların, o cümlədən 2017-ci il iyulun 4-də düşmən gülləsinə tuş gəlmiş körpə Zəhra Quliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra, yarışla bağlı öz tövsiyyələrini verib və komandalara uğurlar arzu edib.

Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı tanıtım videosu yarış iştirakçılarına təqdim olunduqdan sonra, Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə İş üzrə Koordinator Bəxtiyar Rəhimov yarışın təşkili, komandalar, münsiflər heyəti barədə məlumat verib.

İntellektual oyunda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşlarından və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət 7 komanda yarışıb.
“Vətən Uzaqda Deyil” adlı Breyn Rinq İntellektual yarışının qalibi könüllülərdən ibarət “Odlar yurdu” komandası olub.

Qalib komandaya sertifikat, kubok və medallar təqdim edilib.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır