75 ildir evli olan Harvey və İrma: onların adı qasırğalara necə verilib?

 

ABŞ-da yaşayan və 75 ildir ki, evli olan cütlük İrma və Harvey Atlantik okeanda tüğyan edən eyni adlı qasırğaları təəccüblə izləyir.

The New York Times qəzeti 92 yaşlı İrma və 104 yaşlı Harvey-nin reaksiyalarını dərc edib.

Qəzetə məlumat verən İrma Schluter adlarının səhər-axşam Amerika-nın televiziya kanallarında səslənməsinə təəccübləndiyini söyləyir.

“Bunu necə etdiklərini bilmirəm. Harvey və İrma… Bu necə ortaya çıxıb?”.

Washington ştatının Spokane şəhərində yaşayan çütlük, ilk dəfə bir təyyarə gördükləri anı, böyük böhran illərini, Neil Armstrong-un Aya addım atmasını, ABŞ prezidenti John F. Kennedy-nin sui-qəsdə qurban getdiyi günü xatırlasalar da, hava şəraitinin həyatlarına təsir elədiyi bir anı belə istanbul escort girls xatırlamırlar.

Bir kişi – bir qadın qasırğa adları

Dünya Meteorologiya Təşkilati, 1979-cu ildən bəri Atlantik okeandakı qasırğalara sırayla qadın və kişi adları verir.

Böyük dağıntılara səbəb olmuş adlar istisna olmaqla qasırğaların adları təkrarən işlədilir. Harvey adı qasırğaya ilk dəfə 1981-ci ildə verilib.

2011-ci ildə isə, çox böyük dağıntılara səbəb olduğu üçün, İrene adından imtina edilib. Onun əvəzinə İrma adı işlədilir.

Harvey və İrma qasırğalarının törətdiyi nəticələrə nəzər salınsa, bu adların da birlikdə tarixə təslim olacağını demək olar.

Evlərini 120 uşağın üzünə açıblar

Harvey və İrma cütlüyünün hekayəsi sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu xəbəri paylaşanlardan biri də NBC kanalının Ağ Evdəki baş müxbiridir.

Həyatları boyunca evlərini uşaqların üzünə açan cütlük, adlarının mənfi hadisələrlə xatırlanmasına kədərlənirlər.

Onlar indiyə qədər heç vaxt qasırğa ilə üzləşməyib.

Cütlük 1942-ci ildə evlənib. O vaxtlar Harvey bərbər işləyirmiş.

Evdar xanım olan İrma isə, tək qalmaqdan darıxdığı üçün, evlərini uşaqların üzünə açmağa qərar verib.

Onlar həyatları boyunca həm fiziki, həm də əqli cəhətdən problemli 120 uşağı evlərində qonaq etdiklərini deyirlər.

İki qasırğanın törətdiyi fəlakətləri görən İrma deyir ki, “heç vaxt belə bir vəziyyətə düşmədiyim üçün, nə etməli olduğumu bilmirəm”.

“Düşünürəm ki, necə kömək etməli olduğumu bilməsəm də, insanlara yardım etməyə çalışardım”. (qaynarinfo.az)

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır