Alimlər qan qrupunu dəyişdirməyə nail oldular

Qana olan ehtiyac bütün dünyada aktual olan problemdir.

Dünya miqyasında illik 55 milyon litr qan bağışlansa da bu ehtiyacları tam olaraq ödəmir. Əslində araşdırmalar 80 kq bir şəxsin vücudunda ortalama 6 litr qan olduğunu göstərir. Bu da 55 milyon litr qanın ən azından ehtiyac durumunda kifayət edə biləcəyini göstərir. Amma təəssüf ki, bu doğru deyil. Çünki dünyada qan qruplarının yayılması eyni dərəcədə deyil. Məsələn; Dünyada yaşayan insanların əksəriyyəti 0 Rh müsbət qan qrupuna sahibdir. Statistik rəqəmlər baxımdan hər 100 nəfərdən 40-ı sözü gedən qan qrupunun daşıyıcısıdır. Hər 200 nəfərdən yalnız birində AB Rh mənfi qan qrupu var.

Alimlər həmçinin bu fərqliliklərdən dolayı ehtiyacları qarşılamaq üçün qan qruplarının növlərinin dəyişdirilməsi üçün prosedurun necə aparılacağı barədə bir araşdırma aparıblar. Kanadalı British Columbia Universitetində çalışan tədqiqatçılar A qan qrupunu 0 qan qrupuna çevirə biləcək yeni bir metod aşkar edib.

0 qan qrupu növündən asılı olmayaraq müsbət qanla olan bütün insanlara verilə bilər. Dünyada geniş yayılmış olduğundan, qan qrupuna universal qan qrupu deyilir. Qan qruplarının ayrılmasına imkan verən heç bir antigen növü olmadığından, qan qrupu bir çox insana köçürülə bilər. Bu transplantasiyadan sonra vücud eksik olan antijeni istehsal edərək həyatın adi halda davam etməsini təmin edir. Ancaq B qan qrupunda olan bir şəxsə A qan qrupu köçürüldükdə bu ölümcül nəticələrə səbəb ola bilər. Bunun səbəbi bədən aid olmayan qan qrupundakı zülalları düşmən olaraq görür və onlara qarşı müabrizə aparır.

Tədqiqatçı Peter Rahfeld, qan qruplarının bir-birinə çevirmək üçün bəzi fermentlərin istifadə edilə biləcəyini irəli sürdü. Araşdırmalar nəticəsində A qrupu 0 qan qrupuna çevrildi. Bu transformasiya zamanı insanlarda bağırsaqda olan bir bakterial ferment istifadə edilmişdir. Bu fermentlər qan qrupunda olan zülalları ayırdılar. A tipli qana yeridilən edilən fermentlər gözlənilən nəticəni verdi. A proteinlərini ayırmaqda müvəffəq olan fermentlər əslində 0 qan qrupunun formalaşması təmin edirdi.

Bu kəşf dünya səviyyəsində qan ehtiyaclarının ödənməsi üçün bu üsuldan istifadə edilə biləcəyini sübut etdi. Mövzu ilə bağlı açıqlama verən Rəhfeld, araşdırmaların davam edəcəyini, lakin bu üsuldan istifadə etməyin uzun müddət alacağı qeyd olunub. Bu üsulun yayılması yaxın dövrlərdə qan qüsurları səbəbindən ölümlərin qarşısını ala bilər.MediaZona.Az
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır