limon qarışığının MÖCÜZƏVİ FAYDASI


Soda və limon qarışığı bir çox xəstəliyin müalicəsində müsbət təsir göstərir.

Publika.az oxucuları limon suyu ilə qarışdırılmış sodanın faydaları ilə tanış edib.

Soda və limon suyu qarışığının tərkibində insan orqanizmi qorumağa qadir olan, müxtəlif xəstəliklərdən qoruyan çoxlu faydalı maddələr, minerallar və mikroelementlər var. Belə məhsullar dərman deyil, onlar yalnız orqanizmin sağlamlığını dəstəkləməyə kömək edir və immuniteti gücləndirir.

Qida sodası ilə limon qarışığı orqanizmə mikroblarla mübarizədə kömək edir, həmçinin onkoloji xəstəliklərin profilaktikası üçün faydalı vasitədir. Soda və limon müalicəsinin əsas pərəstişkarlarından biri professor İvan Pavloviç Neumıvakin tədqiq edib ki, qeyri-ənənəvi təbabət sahəsində limon və soda sayəsində minlərlə insanın ağır xəstəliklərə yoluxmasının qarşısını alıblar.

“İnsan təbiətlə harmoniyada yaşamalı və ona bəxş edilənlərdən məharətlə istifadə etməlidir” , – deyə professor bildirib.

Orqanizmdə olan zəhərləri və şlakları təmizləyir

сода с лимоном и водой

Bir stəkan su, bir dilim limon və soda immuniteti möhkəmləndirir və bədəni enerji ilə təmin edir. Antioksidantlar içkini zənginləşdirir və bədəni təmizləmək üçün onu əla vasitəyə çevirir. Bu içki artıq çəki ilə mübarizədə etibarlı məhsuldur.

Turşu-qələvi balansını normallaşdırır

Turşu qələvi balansının pozulması kəskin və xroniki xəstəliklərin əsas səbəbidir. Limon və soda orqanizmin turşu-qələvi balansını normada saxlamağa qadirdir. Turş mühit müxtəlif infeksiyaların inkişafı üçün əlverişli deyil, odur ki, soda ilə limon orqanizm üçün çox xeyirlidir.

Həzm prosesini yaxşılaşdırır

Limon və qida sodasının vəhdəti mədə turşuluğuyla ən yaxşı mübarizə üsullarından biridir. Bu vasitə bağırsaq qazlarının yığılması və nədə qıcqırmasından xilas olmağa kömək edir. Limon turşusu böyrək daşlarını əridir, qaraciyərin sağlamlığına müsbət təsir, həmçinin dispeptik hallara qarşı mübarizə aparır.

Qanda xolesterinin səviyyəsini tənzimləyir

Qanda “pis” xolesterinin səviyyəsini tənzimləmək qabiliyyəti bu qarışığın daha bir faydalı xüsusiyyətidir. Bir stəkan limon və sodalı su ciddi xəstəliklərin yaranmasının qarşısını alacaq, ürək-damar sistemi, ateroskleroz və hipertoniya üçün əla profilaktika olacaq.

сода с лимоном для здоровья

Hazırlanması və istifadəsi

Belə faydalı və ucuz vasitəni hazırlamaq çox asandır! Bir stəkan ilıq suya bir çay qaşığı soda və yarım limon şirəsi əlavə edin. Onu səhər yeməyindən əvvəl için.

Aytən

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır