“Coca-Cola” ilə bağlı əhalini təşvişə salan səsli mesaj:“QİÇS virusu…”

“Coca-Cola” ilə bağlı əhalini təşvişə məlumatlar yayılıb.
 
AZXEBER.COM xəbər verir ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilir ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Əhalini ehtiyatlı olmağa çağırılan həmin səsli mesajda həmçinin qeyd olunur ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.
“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.
Şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya “Coca-Cola”nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: “”Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”
  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir