Ən qədim mumiyalar tapıldı – Foto

Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində – Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.

Burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.

Arxeoloqlar qeyd ediblər ki, cəmiyyətin elitasını – firon ailəsinin üzvlərini mumiyalayan misirlilərdən fərqli olaraq, Çilidəki bu böyük qəbilədə dulusçuları və digər sadə insanları da bu prosedurdan keçirirmişlər. Bu tapıntılardan sonra Çilinin hakimiyyət strukturları onların Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün UNESKO-ya müraciət edəcəklərini bəyan ediblər.

Azapa vadisindəki San-Miquel kəndində tapılan mumiyalar və digər tapıntılar ölkədəki Arxeologiya Muzeyinə təhvil verilib. Onların nümayiş etdirilməsi ilə paralel olaraq, mumiyalar üzərində elmi tədqiqatlar da aparılır. Çilili alimlər mumiyaların hazırlanması zamanı matəm ayinlərinin icra edildiyi əşyaları da qiymətli və nadir arxeoloji tapıntılar kimi dünyadakı həmkarlarına təqdim edəcəklər. Bundan başqa, yerli hakimiyyət orqanları Çinçorro qəbiləsinin yaşadığı yerləri turizm məkanına çevirmək niyyətindədir.MediaZona.Az
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır