ABŞ yeni F-35A qırıcısını döyüşdə tətbiq edib

Birləşmiş Ştatların hərbi hava gücləri F-35 beşinci nəsil qırıcının F-35A variantını ilk dəfə döyüşdə tətbiq edib.

Bu haqda ABŞ-ın Hərbi Hava Qüvvələrinin Mərkəzi komandanlığının mətbuat xidmətinə istinadən “Business Insider” agentliyi bildirib.

Məlumata görə, iki F-35A qırıcısından aprelin 30-da İraqın şimal-şərqində silah-sursatın gizlədildiyi və İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər şəbəkəsinə aviazərbələr endirib.

Hücumun müvəffəqiyyətli olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, F-35 tipli təyyarələrdən daha əvvəl bir neçə dəfə döyüşdə istifadə olunub. Belə ki, dünyada ilk dəfə aviazərbələrin endirilməsi üçün onlardan 2018-ci ilin mayında İsrail istifadə edib. İsrailin silahlanmasında 14 ədəd F-35A təyyarəsinin olduğu bildirilir.

Daha sonra isə ABŞ Əfqanıstanda bombardman üçün F-35B qırıcılarını cəlb edib.

F-35 təyyarəsinin 3 əsas növü var: F-35A – ənənəvi qalxma və enmə variantı, F-35B – sürətli qalxma və şaquli enmə variantı və F35C – aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır