Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb

Aprelin 20-də  Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən azərbaycanlıların kompakt  yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib.

“Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına   bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı  səfirliyinin konsulluq məsələlərinə məsul katibi  Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının  rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzü olan təşkilatların sədr və nümayəndələri  iştirak edib.

Giriş sözü ilə çıxış edən Fuad Muradov Mehriban xanım Əliyevanın tapşırığı ilə açılan “Qarabağ”  məktəbinin  əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr,gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını  bildirib.

O, eyni zamanda  Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu təbrik çıxışında qeyd edib ki,    doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O, bildirib ki, bu  məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və  gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb. Tədbir iştirakşıları Dövlət başçısı, Möhtərəm Cənab Prezidentin yürütdüyü diaspor siaysətinin gələcəkdə böyük uğurlar gətirəcəyinə əminliklərini  ifadə ediblər.

Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, orada ölkəmiz  haqqında həm fransız, həm də  Azərbaycan dilində kitablar  toplanıb və gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdiriləcəyi gözlənilir.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gedib. Sonda simvolik tort kəsilib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır