Xameneyinin səhifəsi silindi… – SANKSİYA

İranın dini lideri Əli Xameneyinin İnstaqram sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsi bloklanıb.

Dünən səhər saatlarından başlayaraq, İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandanlarının İnstaqramdakı hesabları blokanmağa başlayıb.

İlk olaraq, SEPAH-a bağlı “Qüds Briqadası”nın komandanı, general Qasım Süleymaninin səhifəsi bağlanıb.

Gün ərzində profilləri silinən iranlı yüksək rütbəli hərbçilər və rəsmilərin adları aşağıdakı kimidir:

SEPAH-ın baş komandanı Məhəmmədəli Cəfəri

SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri

Baş Qərargahın komandanlarından olan Musa Kamali

Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf

SEPAH komandanlarından biri və İran Dövlət Teleradio Verilişləri Şirkətinin sabiq rəhbəri İzzətullah Zərğami

Hələlik səhifələrin silinməsi ilə bağlı rəsmi açıqlama verilməsə də, bunun ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməklə bağlı olduğu ehtimal edilir.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır