“Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib

Pirallahı rayonunda yerləşən 168 №-li orta məktəbdə “Tarix yazan qəhrəmanlar” başlığı altında vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev, “N”saylı hərbi hissənin əsgər və zabitləri, Pirallahı rayon ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri və Qarabağ müharibəsi veteranları iştirak etdilər.

Çıxış üçün söz alan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışdı. ” Ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarının sabaha olan ümidlərini özlərinə qaytardı. Elmin, səhiyyənin və mədəniyyətin böhranlı vəziyyətdən çıxarılması naminə gərəkli addımlar atdı. Ən başlıcası isə milli ordumuzun döyüşkən ruhunu özünə qaytarmaq üçün ordunu yenidən qurmağa başladı. “Mən Azərbaycan milli ordusunun gücünə inanır, Azərbaycan əsgərinə güvənirəm”, – deyən ümummilli liderimiz bu sahədə yetərincə işlər gördü. O, xalqın ən ağır vaxtlarında ordu quruculuğunda uğurlu islahatlar apararaq, vətəni, ana torpağı qəlbən sevən igid əsgərlərimizə zəfər qazanmağın yollarını nişan verdi. Ümummilli liderimizin siyasi kursunu davam etdirən müstəqil Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyev də yurda keşik çəkən vətən övladlarından qayğısını əsirgəmir. Məhz İlham Əliyevin qayğısı sayəsində ordumuz ən müasir silahlarla təmin olunub. Milli Ordumuzun yaranmasının və Bakının erməni işğalından azad olunmasının 100 illiyi ilə əlaqədar iyun ayının 26-da və sentyabr ayının 15-də keçirilən hərbi paradlar bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri bölgədə lider olmaqla yanaşı, həm də dünyanın ən aparıcı orduları ilə bərabər səviyyədədir”.

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev də öz çıxışlarında keçdikləri şanlı döyüş yolundan danışaraq qeyd etdilər ki, Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq.

Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar medal ilə təltif olundu. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Hikmət Şikarov 21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının müharibə veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin və ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Tədbirin bədii hissəsində 168 №-li orta məktəb şagirdlərinin ifasında vətənpərvər mövzusunda mahnılar səsləndirildi. Tədbirin sonunda məktəblilər qəhrəman döyüşçülərlə, müharibə veteranları ilə xatirə şəkilləri çəkdirdilər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır