VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN BƏYANATI

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılmışdır.

Xüsusilə, həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlar qeyd olunmuşdur.

Bununla əlaqədar, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Bu gün Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, xüsusilə əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirməkdədir. 07.12.2017-ci il tarixdə Vəkillər Kollegiyası üzvlərinin sonuncu hesabat konfransında Kollegiyanın vəsaitləri və onların hansı məqsədlər üçün istifadə edilməsi barədə Kollegiya üzvlərinə hesabat da verilmişdir. Eyni zamanda, hazırda da Kollegiya öz üzvlərinə Kollegiyanın gəlir və xərcləri barədə onları maraqlandıran  məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir.

Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir.

Vəkillər Kollegiyasının
Rəyasət Heyət

MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır