Orjinal layihə ART-Motiv təqdim edildi – FOTOLAR

Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə professor Buludxan Xəlilov açdı. O.layihənin əhəmiyyətindən geniş danışaraq, cəmiyyətdə müsbət qarşılanacağı və bunun bir yenilik olduğunu xüsusi vurğuladı. Sonra layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli danışdı. Sevda xanım layihənin  məqsədini izah edərək, cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın və daha keyfiyyətli istiqamətə yönəlməsinə kömək etmək olduğunu vurğuladı.

Daha sonra layihədəki video materialları işləyib hazırlayan rejissor Namiq Zeynalova söz verildi. O, vizual effektlərin harmoniyası barədə danışdı.

Video materialının nümayişindən sonra çıxışlarda yer alan AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf, tanınmış şair- sosioloq Əhməd Qəşəmoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filoloq Firudin Qurbansoy, jurnalist Zərnişan Turan , BDU-nun professoru Fəraət Əhmədova layihənin vacibliyini vurğuladılar.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır