Keçmiş diaspor rəhbəri həbs edildi

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Məlumat üçün bildirək ki,Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.

1994-cü ildə fəxri memar adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Haqqındakı Vikipediya məlumatlarına görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.SSRİ idman ustasıdır. Sambo üzrə 1978-ci il SSRİ çempionudur.İki dəfə ailə qurub. Birinci evlilikdən bir oğlu, ikinci evlilikdən  bir oğlu, iki qızı var.

Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) təsisçilərindən biri olub. Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. O, son illər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla münaqişədə olub. Əvvəl sabiq vitse-primyerin “AzerRos” sədrliyindən, sonra isə  Ağsaqqallar Şurasının sədrliyindən getməsi üçün hər şey edib.   O, müsahibələrində “Rusiyada Abbas Abbasovun nüfuzu  qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi” kimi açıqlamalar verib. Moskvadakı mənbələr iddia edir ki, S.Sadıqovun qəfil həbsində Abbas Abbasovun “əli olduğu” güman edilir. “Abbas Abbasov nüfuzundan istifadə edərək, onu həbs etdirə bilib”, – deyə mənbə “Yeni Müsavat” a bildirib.

Son olaraq, Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasına sərt şəkildə etirazını bildirmişdi. Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verərək onları “Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam” sözləri ilə hədələmişdi.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır