Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycndakı səfirləri və digər qonaqlar iştirak edib.

Nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidə-kompleksini ziyarət etdikdən sonra toplantı işinə başlayıb. TDƏŞ Baş katibinin müavini Ömər Kocaman qonaqları salamlayaraq bugünkü görüşün türkdilli dövlətlərin diasporla iş shəsində mövcud təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyətini vurğulayıb.

Daha sonra DİDK sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri uzun illərdir mövcud olan Türk dünyasının birliyi ideyasından danışıb, bu istiqamətdə Atatürkün və ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. F. Muradov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlətləri və cəmiyyətləri rəhbərlərinin qurultayının, eləcə də digər önəmli tədbirlərin keçirildiyini, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildiyini xatırladıb. Türk Şurasına üzv ölkələrin diaspor sahəsində ortaq fəaliyyət planının tərkib hissəsi olan bugünkü tədbirin də ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin sədr müavini Abdulhadi Turus, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozaral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı əlaqələr idarəsinin rəisi Meiram İmanbayev, Qırğızıstanın Rusiya Federasiyasındakı Səfirliyində Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Qaliyeva Jarkinay və başqaları çıxış ediblər. Onlar təmsil etdikiləri qurumların diaspor sahəsindəki təcrübəsini bölüşərək, görülən işlər və həyata keçiriləcək layihələr haqqında məlumat verib. Toplantıda təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirilib, həyata keçiriləcək konkret tədbirlər müzakirə olunub.

Daha sonra o, DİDK-nın fəaliyyəti, xüsusi ilə  son dövlərdə görülən işlərdən danışıb, bu istiqamətdə TDƏŞ-ə üzv ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Dövlət Komitəsinin rəhbəri eyni zamanda, birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, Xocalı soyqırımının növbəti ildönümünün yaxınlaşdığını xatırladıb. Qeyd edib ki, hər il soyqırımı qurbanları bütün dünyada, xüsusilə də türkdilli ölkələrdə anılır. Gələcəkdə belə tədbirləri birgə təşkil etməyin səmərəli olacağını bildirib.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır