Şirinov qardaşları Dövlət Komitəsində olub

Ukraynanın Nikolayev şəhərində yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Ümud və Sabir Şirinov qardaşları bu gün həm də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

Göstərdikləri qəhrəmanlığa görə Dövlət Komitəsinin sədri Fuad Muradovun və kollektivin adından qardaşları təbrik edən DİDK sədrinin birinci müavini Valeh Hacıyev bu şücaətin bütün Azərbaycan xalqı adına yazıldığını vurğulayıb. Bildirib ki, bu hadisə Azərbaycan xalqının cəsarətli, mübariz və dürüst xalq olduğunu bir daha sübut etdi. Göstərilən qəhrəmanlığa görə artıq Ukraynada bir sıra mükafatlar alan Şirinovlar üçün ən böyük təltif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülməsidir. Bildirilib ki, bu, dövlət başçısının hər bir azərbaycanlının prezidenti olduğunu və dünyaya səpələnmiş soydaşlarımızın arxasında güclü Azərbaycan dövlətinin dayandığını göstərir.

Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edən Şirinov qardaşları hadisə ilə bağlı təəssüratlarını bölüşüblər. Umud Şirinov deyir ki, avtomobildəkilərin kimliyini düşünmədən, məhz insanlıq naminə bu addımı atıblar.

Ukraynada böyük rezonans doğuran və rəğbətlə qarşılanan Şirinov qardaşlarının qəhrəmanlığı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən də mükafatlandırılıb, onlara Fəxri diplomlar təqdim olunub.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır