Pirallahı rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2019-cu il” adlı tədbir keçirilib

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2019-cu il” münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş “Uşaq Parkı”nda təşkil olunmuşdur. Parkın açılışında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon sakinləri iştirak etdilər. Xüsusi tərtibatla bəzədilmiş “Uşaq Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaq parkının ətrafında şahmatçılar üçün dama lövhəsi düzəldilmişdir.

İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2018-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Diqqətə çatdırıldı ki, 11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən prezident seçkilərində rayonumuzda yüksək fəallıq müşahidə olundu. Belə ki, seçicilər səsvermədə mütəşəkkil iştirak etmişlər.  13 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə 48759 seçicidən 35042 nəfəri (71.87% faiz) səsvermədə iştirak etmişdir. Məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdır. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bildirildi ki, bu il ölkəmizdə 50-dən çox ölkənin sabiq dövlət və hökumət başçısının iştirak etdiyi VI Bakı Qlobal Forumu keçirilmişdir. Həmçinin, mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar verildi. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. V.İmanov arxada qalan 2018-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.

Daha sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən bir qrup şəxs Fəxri Fərmanlarla təltif edildilər. Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elza Seyidcahan və Əli Dünyanın konsert proqramı ilə davam etdi.

Sonra  şaxta baba, qar qız və  nağıl  qəhrəmanları  uşaqları, parkda keçirilən şahmat və karate idman yarışları üzrə qalibləri bayram sovqatları ilə sevindirdilər.

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır