Ermənistan günün sonunda hücuma keçə bilər – Qarabağda TƏXRİBAT HAZIRLIĞI

 

Bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “andiçmə mərasimi” keçirilir.Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, yeni “konstitusiyaya” görə qondarma rejimin “parlamenti” tərəfindən seçilən Bako Saakyan 2020-ci ilə qədər keçid dövrünün “prezidenti” olacaq. 2020-ci ildən sonra ümumi seçkilər keçiriləcək. Lakin Bako Saakyanın hakimiyyətini 2030-cu ilə qədər davam etdirəcəyi də deyilir.

Bu, Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın planıdır. Sarkisyan gələn il prezident səlahiyyətlərini təhvil verəcək, lakin onun ölkəyə nəzarəti əlində saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının rəhbəri olacağı deyilir. İşğal olunmuş Dağlıq Qarabağda qondarma rejimin möhkəmlənməsinə hesablanmış addımlar isə ümumilikdə “Qarabağ klanı”nın Qarabağ kartından istifadə edərək, Ermənistanda hökmranlığı davam etdirməsi planının əsas hissəsidir. Burada həm də Ermənistanın işğalçı rejiminin Azərbaycan torpaqlarını 2030-cu ilə qədər işğalda saxlamaq niyyəti də açıq görünür. Lakin Azərbaycan buna imkan verəcəkmi? Yaranmış situasiya və Azərbaycan Ordusunun zərbələri işğalçıların arzularının baş tutmayacağına əminlik yaradır.

Digər tərəfdən, bu gün “inauqurasiya” mərasimindən sonra erməni hərbi birləşmələrinin cəbhədə yeni təxribata əl atacağı da istisna deyil. Çünki Ermənistanda Bako Saakyanın “prezidentliyi”nə qarşı çıxanlar var, xüsusilə millətçi daşnaklar bunu qəbul etmək istəmir. Sarkisyanın komandası isə “DQR”-də “prezidentlik institutunun” gücləndirilməsini müharibə vəziyyəti və Azərbaycanla döyüşə hazırlıqla əsaslandırırlar. Ehtimal ki, Sarkisyan hakimiyyəti bu “arqumenti” sübut etmək üçün günün sonunda təxribata əl ata bilər.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır