Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbrik məktubları gəlib

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz ölkədə sülhü və firavanlığı təmin edən görkəmli siyasi xadim kimi haqlı olaraq həmvətənləriniz arasında böyük hörmət və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız.

Rusiya ilə Azərbaycan arasında hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan müttəfiqlik əlaqələrinin dərinləşməsinə, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığa Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Ümidvarıq ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı, Qafqaz-Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm. Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.

x x x

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən:

“Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.

Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayənizdə cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.

Cənab Prezident, xahiş edirik Sizə olan yüksək ehtiramımızı qəbul edəsiniz. Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik”.

x x x

Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həyatınız qurucu, xeyirxah işlərlə zəngin olsun. Hər yeni gün Sizə uğur və xoş əhval-ruhiyyə gətirsin, Sizin üçün yeni perspektivlər açsın. Yaxınlarınız arasında həmişə əmin-amanlıq, məhəbbət və qarşılıqlı anlaşma hökm sürsün.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyat yolunuzda yeni zəfərlər diləyirəm”.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır