Xaricdə yaşayan Azərbaycanlı iş adamları doğma ölkələrindəki məhkəmələrdən şikayətçidirlər

Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində fəaliyyət göstərən məhkəmələrdən şikayət edib.

Şikayət məktubunda qeyd edilir ki, onlar bir zamanlar iş ortağı olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanının və Pirallahı məhkəməsinin qanunsuz qərarının qurbanı olublar. Belə ki, Fikrət İbrahimov onlara olan borcunu qaytardıqdan sonra heç bir əsas olmadan saxta sənəd tərtib edib, onu heç bir ciddi dəlil-sübut olmadan Piarallahı məhkəməsinə təqdim edib və qəribəsi budur ki, məhkəmə onun xeyrinə qərar çıxarıb. Daha qəribəsi isə odur ki, yuxarı instansiya məhkəmələri də bu qərarı təsdiq ediblər. Söhbət nə az, nə də çox 700 min dollarlıq iddiadan gedir. Özü də bu cür məsələlər  İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub.

Şikayət məktubunda olayla bağlı hərtərəfli materiallar və epizodlar üzrə sənədlər təqim edilir.

Müraciətdə o da vurğulanır ki, iş hal-hazırda Konsitusiya Məhkəməsindədir.

Vüsalə Rəhimli ölkə başçısından və birinci vitse-prezidentdən  öz hüquqlarının qorunması üçün kömək umur və buna inanır. Onun fikirncə, əks-təqdirdə bu, məhkəmələrə vətəndaşların və iş adamlarının inamını sarsıda bilər. “Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!

Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyatı orqanlara tapşırıq verecəyinizə böyük ümüd bəsləyirəm”, -deyə müraciətdə qeyd olunur…MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır