Ermənilərin özləri kimi, uşaqları da bizə möhtacdır – VİDEO

Gecə saatlarında sosial şəbəkə vasitəsilə MediaZona.Az saytının redaksiyasına video görüntü daxil oldu. Görüntülərdən və videonu çəkən xanımın kadr arxası səsindən məlum oldu ki, rəqs edən iştirakçı Ermənistanı təmsil edir. Qəribə də olsa, iştirakçı gimnast görkəmli Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin əsəri olan məşhur “Cücələrim”in musiqi sədaları altında çıxış edir.

Dərhal  aparılan araşdırmadan məlum oldu ki, 7-8 dekabr 2018-ci il tarixində  İsrailin Qiryat Bialik şəhərində kiçik və yeniyetmələr arasında keçirilən bədii gimnastika müsabiqəsində  müxtəlif ölkələrdən olan iştirakçılar arasında  ermənilərin də çıxışı olub və məhz “Cücələrim” mahnısının ritmik sədaları altında. Naira adlı erməni qızına birinci yeri qazandıran “Cücələrim”i tamaşaçılar alqışlarla qarşılayıb.

Bu ermənilərin növbəti təxribatıdır. Dəfələrlə oğurluq etdikləri yerdə yaxalansalar da, xalq mahnılarımızdan”Sarı gəlin”i, bəctəkar mahnılarımızı bizim əsərlər olduğunu onlara beynəlxalq aləmdə sübut etmişik. Amma düşmən geri çəkilmir. İndiki gənclərimizin əksəriyyəti 25 il əvvəl doğma yurdlarından qaçqın düşən körpə uşaqlar idilər. Onların uşaqlığını əllərindən alan erməni daşnaklarının tör-töküntüləri təxribatlardan əl çəkmir. İndi də barmaqla sayıla biləcək dərəcədə olan uşaq mahnılarımıza əl atblar.

Ümid edirik, əlaqədar təşkilatlar bu təxribatın da qarşısını layiqincə alacaqlar. İsraildə baş tutan yarışmada qalmaqallı hadisəyə aydınlıq gətirilməsi üçün hökümət səviyyəsində araşdırılma aparılacaq və ermənilərə növbəti qulaqburması veriləcək.  Belə məsələlərdə Dövlət Diaspor Komitəmizin səyi nəticəsində dəfələrlə buna bənzər təxribatların qarşısı alınıb. İnanırıq ki, bu dəfə də Komitə lazımi tədbirlər görəcək.

Qeyd edək ki, adı çəkilən müsabiqənin təşkilatçısı “Motusmedia” şirkətidir. Müsabiqədə “Cücələrim”i erməni mahnısı kimi elan edilib-edilməməsi barədə araşdırmaları davam etdiririk.MediaZona.Az

 

 

На данном изображении может находиться: один или несколько человек и текст

На данном изображении может находиться: один или несколько человек и текст

 


															
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır