İsrailin Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsində İsrailin Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Dan Stavi ilə görüş keçirilib. Görüşdə ölkələrimiz arasındakı əlaqələr, İsraildəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycandakı yəhudi icması və hər iki xalqın diasporu arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Dövlət Komitəsinin rəhbərliyi Azərbaycan və İsrail dövlət başçılarının görüşlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Mədəni, elmi, humanitar, diaspor və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub. Bu istiqamətdə İsraildəki Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı yəhudi icmasının böyük töhfələr verdiyi bildirilib.

Azərbaycan xalqının tolerant və sülhsevər olduğunu deyən səfir hər zaman yəhudilərin azərbaycanlılarla dostcasına yaşadığını bildirərək, ölkələr arasında əlaqələrin inkişaf etdiyini deyib. O, Azərbaycandakı yəhudi icmasının fəal icmalardan biri olduğunu qeyd edib. 

Müzakirələr zamanı yəhudi diasporunun təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrdə olan Azərbaycan və yəhudi diasporu arasında əməkdaşlığın gücləndirilməsi və digər qarşlıqlı maraq doğuran məsələrə dair fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komitəsinin rəhbərliyi adından səfir Dan Staviyə xatirə hədiyyəsi təqdim edilib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır