Pirallahı rayonunda Bayraq Günü qeyd edilib

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində Bayraq Günü ilə əlaqədar “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda bayram tədbiri keçirilib.

Əvvəlcə YAP Pirallahı rayon təşkilatının sədri, əməkdaşları, Neft Daşları NQÇİ-nin rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Neft Daşları NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, Prezident İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışıb.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək deyib ki, 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib və bununla da respublikamızın müstəqilliyi bərpa olunub. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Sədr bildirib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar verilib. Müstəqilliyimiz bərpa edildikdən sonra üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi təsdiq olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 2009-cu il noyabrın 18-də isə Prezident İlham Əliyevin Sərəncamına əsasən “9 noyabr – Bayraq Günü” elan olunub.

Sonra Hikmət Şikarov partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının bir qrup üzvünü fəxri fərmanla təltif edib.

Tədbir konsert proqramı ilə davam edib.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır