“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb

Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsində təsis edilən təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.  Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanmışdır ki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaqdır.

“Azərbaycan Diaspor Gəncləri” (ADG) təşkilatının müasir dizaynda, həmçinin milliliyi özündə əks etdirən loqo və sloqanı hazırlanıb. Eyni zamanda, “Wikipedia” açıq ensklopediyasında fəaliyyət göstərmək məqsədilə işçi qrup da yaradılıb. Qrup artıq Azərbaycanın milli qəhrəmanları ilə bağlı məqalələr yerləşdirib, Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə daha geniş kütləyə çatdırılması istiqamətində çalışır. İşçi qrupun Amerika-Kanada, Avropa, Afrika, Asiya ölkələri, Türkiyə, Rusiya, Gürcüstan üzrə fəaliyyət göstərən üzvləri yaşadıqları ölkələrdə bir çox layihələrin həyata keçirilməsini planlaşdırırlar.

Həmçinin,  təşkilat gənclər tərəfindən olduqca maraqla qarşılandı, bir çox gənclər təşkilatda təmsil olunmaq üçün müraciət edirlər. Bütün bunlar, gələcəkdə fəaliyyət sahəsinin daha da genişləndirilməsini zəruri edir. Qlobal məkanda aktiv fəaliyyəti hədəf seçən ADG-nin başlıca prioritetləri beynəlxalq informasiya məkanına çıxış, ölkəmizlə bağlı həqiqətlərin daha effektiv və intensiv  təbliğində iştirakdır.

Qeyd edək ki, ADG Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı yaradılıb.  22-28 avqust tarixlərində təşkil olunan  düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır